Seyran Ohanyan axtarışa verildi

Seyran Ohanyan axtarışa verildi

23 Noyabr, 14:05 Sosial mediada paylaşın:

Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü -soyqırımı maddəsi ilə cinayət işi başlanıb. Təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və Seyran Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.

Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

 

CANLI YAYIM