Almaniyadakı soydaşlarımız qələbə aksiyası keçirdi

Almaniyadakı soydaşlarımız qələbə aksiyası keçirdi

23 Noyabr, 12:30 Sosial mediada paylaşın:

Almaniyanın Düsseldorf şəhərində soydaşlarımız qələbə aksiyası keçirib. Şimali Reyn Festivaliya əyalətinin parlamenti qarşısında baş tutan aksiyada Azərbaycan dövlətinə, ordusuna və Ali Baş Komandana dəstək şüarları səsləndirilib.

Qələbə aksiyasında erməni barbarlığının bu gün də davam etdiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan torpaqlarını tərk edən ermənilər meşələri qırır, yandırır, dini, tarixi abidələri talayırlar. Tarixi irsin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bu cinayətləri qeydə almalı, cinayətkarlar qanun qarşısında cavab verməlidir. Almaniya mediasından bu vəhşiliklərə obyektiv yanaşma sərgiləməsi tələb edilib. Aksiyada çıxış edənlər Azərbaycanın şanlı qələbəsinin xalq – ordu – Ali Baş Komandan birliyinin nəticəsi kimi tarixə düşdüyünü bildiriblər.

Şimali Reyn Festivaliya Parlamenti qarşısında baş tutmuş aksiya yerli sakinlərin də böyük marağına səbəb olub.

Almaniyanın digər şəhərlərində də Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı aksiyaların keçirilməsi planlaşdırılır.

Elzar Ağayev

CANLI YAYIM