Ermənilərin Qubadlıda törətdiyi ekoloji terror: Şərq çinarları, qoz ağacları yandırılıb, bir park məhv edilib

Ermənilərin Qubadlıda törətdiyi ekoloji terror: Şərq çinarları, qoz ağacları yandırılıb, bir park məhv edilib

20 Noyabr, 16:48 Sosial mediada paylaşın:

Qubadlı rayonunda aparılan ekoloji monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, növbəti monitorinqlər rayonun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində aparılıb. Rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.

Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 santimetr olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində 2 hektar ərazidə salınmış eldar şamı və sərv ağaclarından ibarət park isə tamamilə məhv edilib.

CANLI YAYIM