Ermənistanda yaşanan xaos işğalçı ölkəni daha da çökdürəcək – “Hədəf”də TƏHLİL

Ermənistanda yaşanan xaos işğalçı ölkəni daha da çökdürəcək – “Hədəf”də TƏHLİL

18 Noyabr, 22:34 Sosial mediada paylaşın:

Qarabağda məğlubiyyətə uğrayan işğalçı Ermənistanın daxilində ciddi parçalanmalar müşahidə olunmaqdadır. Hakimiyyətlə müxalifət arasında gərginlik, xalqla hakimiyyət arasında etimadsızlıq halları siyasi böhranı daha da dərinləşdirməkdədir. Bu gün işğalçı ölkədə məmurların istefası, ermənilərlə Nikol Paşinyan hökuməti arasında qarşıdurmalar baş verir ki, bu da Ermənistanda xaosu daha da artırır.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında sözügedən məsələ ətrafında müzakirə aparılıb. Verilişin qonağı olan Milli Məclisin deputatı Rasim Musabəyov işğalçı dövlət daxilindəki gərgin ictimai-siyasi vəziyyət ətrafında fikirlərini bildirib. R.Musabəyov deyib ki, ermənilərlə hakimiyyət dairələri arasında, eyni zamanda, hakimiyyət nümayəndələri ilə müxalif qüvvələr arasında dava gedir: “Bu gün ermənilər Qarabağdakı ağır məğlubiyyətlə bağlı bir-birini günahlandırırlar. Bütün təqsiri baş nazir Nikol Paşinyanın boynuna yükləmək istəyirlər. Paşinyan da bildirir ki, hakimiyyətdə olduğu 2.5 il müddətində heç nə edə bilməzdi. Qeyd edir ki, məğlubiyyətin əsas günahkarları 25 il hakimiyyətdə olanlardır. Bir sözlə, Ermənistan siyasi dairələri, ictimaiyyəti bir-biri ilə qarşıdurmadadırlar. Ermənistanda yaşanan xaos işğalçı ölkəni daha da çökdürəcək”.

“Hədəf”ə “Skayp” vasitəsilə qoşulan fransız jurnalist Jil Mihaili Ermənistan daxilində baş verənlərlə yanaşı, Paris meriyasının Qarabağın separatçı qondarma qurumla bağlı təşəbbüsünə də toxunub. Jurnalist bildirib ki, Paris bələdiyyəsinin belə addımının heç bir hüquqi əsası yoxdur: “Fransanın xarici siyasətini şəhər meriyaları müəyyənləşdirmir. Bu gün Azərbaycanda Fransa arasında dərin köklərə malik əlaqələr var. Bu əlaqələrə xələl gələ bilməz”.

“Hədəf” proqramına bütöv şəkildə “YouTube” kanalımızdan baxa bilərsiniz.

 

CANLI YAYIM