Növbəti “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər

Növbəti “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər

18 Noyabr, 15:20 Sosial mediada paylaşın:

2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər.

Bu barədə təşkilatçıların məlumatında bildirilir.

Qeyd edilib ki, texniki məsələlər həll ediləcəyi təqdirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib.

Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək.

Xatırladaq ki, türk xalqları mədəniyyətini özündə cəmləşdirən “Türkvision” mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib və qalibi də Azərbaycan təmsilçisi Fərid Həsənov olub.

CANLI YAYIM