Payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə

Payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə

2 Sentyabr, 18:21 Sosial mediada paylaşın:

Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib. Müşavirədə mövsümə uyğun xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq olunub.

Müşavirədə şəhər və rayon qurumları arasında vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə toplantıların keçirilməsi tapşırılıb. Tədbirdə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

CANLI YAYIM