Sabah Berndə Avropa Şurası Parlament Assambleyasının Büro iclası keçiriləcək

2 Sentyabr, 18:18 Sosial mediada paylaşın:

Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının Büro iclası keçiriləcək.

Azərbaycanın da təmsil olunacağı iclasda qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaqdır.