“Salam, ANA, gözlərin aydın olsun!”

“Salam, ANA, gözlərin aydın olsun!”

9 Noyabr, 11:20 Sosial mediada paylaşın:

Azərbaycan Radiosu Vətən Müharibəsi günlərində "Anaya məktub" layihəsi silsiləsindən növbəti çarx təqdim edib.

Qeyd edək ki, layihənin əsas xəttini Azərbaycan əsgərinin məğrurluğu, fədakarlığı, dözümlülüyü, Vətənə sevgisi, bayrağa məhəbbəti  təşkil edir.

“Salam, ANA, gözlərin aydın olsun, Qarabağın gözəllik tacı olan Şuşanın işğaldan azad edilməsində mən də varam. Hamımız heyran qalmışıq. Şuşa, haqqında oxuduqlarımızdan da, eşitdiklərimizdən də qat-qat gözəldi...” - deyən Azərbayçanın igid əsgəri öz çətinliklərini, ağrı-acısını deyil, sevincini, qürurunu anası ilə bölüşür.

Layihəni - müəllif İlham Rəhimli, bəstəkar Azər Hacıəsgərli, səsləndirən Şövqü Hüseynov, rejissor Elçin Mircəfər, redaktor Elşən Aslanov ərsəyə gətirib.

Azərbaycan Radiosunun "Anons və dizayn" şöbəsinin məhsulu olan layihənin mövzusuna uyğun olaraq Azərbaycan Televiziyasının SMM qrup əməkdaşları videoçarx hazırlayıb.

Həmin videoçarxı oxuculara təqdim edirik.

CANLI YAYIM