Azərbaycan Televiziyasının kollektivi Fəxri xiyabanda olublar

Azərbaycan Televiziyasının kollektivi Fəxri xiyabanda olublar

6 Noyabr, 15:03 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin kollektivi Radio və Televiziya işçilərinin peşə bayramı günü münasibətilə bu gün Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin televiziya və radioya göstərdiyi diqqət və qayğıdan danışıblar.

Daha sonra Şəhidlər xiyabanına gələn “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin kollektivi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Salatın Əsgərovanın, Alı Mustafayevin, Fəxrəddin Şahbazovun və Çingiz Mustafayevin xatirəsini yad edib, onların məzarlarının üzərinə gül dəstələri düzüblər.

CANLI YAYIM