Misirin aparıcı qəzetlərində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr dərc olunub

28 Avqust, 17:14 Sosial mediada paylaşın:

Misirin geniş oxucu auditoriyasına malik qəzetlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini əks etdirən məqalələr dərc olunub.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin məqaləsi “Al-Cumhuriyyə”, “Rayət Əl-Masr”, “Al-Diplomacy”, misirli jurnalist və tədqiqatçı Əbu Bəkr Əbu Məcdin məqaləsi isə “Al-Masriyya”, “Asiyaelyoum” qəzetlərində dərc edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən ətraflı bəhs olunur. Çoxşaxəli fəaliyyəti ilə Mehriban xanımın Azərbaycan dövlətinin və xalqının inkişafına böyük töhfələr verdiyi vurğulanır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinin cəmiyyət tərəfindən böyük razılıqla qarşılandığı qeyd edilir. Onun fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyi bildirilir.

Məqalələrdə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və xaricdə həyata keçirilən layihələrin əhəmiyyətindən söhbət açılır.