Mədəniyyət və Turizm Nazirliyinin “Turizm ili”nin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. İclasda Nazirlik tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişafı müzakirə edilib