Baş səhifə | Saytın xəritəsi | | | Seçilmişlər
Xəbərlər
Şirkətimiz
 Struktur
 Televiziya
r
 Radio

  Redaksiyalar
 Azərbaycan Telefilm
r
r
Proqram
Canlı yayım
Vakansiya
Əlaqə məlumat
 

IDMAN
Ölkəmizin və dünyanın idman aləmi

Futbol haqqında xəbərlər

ətraflı

Basketbol haqqında xəbərlər

ətraflı

  OTÜSTÜ HOKKEY 
  25.05.2007
ÇEMPİONLAR KUBOKU SAHİBİNİ GÖZLƏYİR
Bakı Otüstü Hokkey Kompleksində qadın otüstü hokkey klubları arasında 34-cü Avropa Çempionlar Kuboku turnirinə start verilib.
2 qrup üzrə yarışda ölkəmizi “Atasport” komandası təmsil edir. Otüstü hokkeyçilərimizin “A” qrupundakı rəqibləri Şotlandiyanın “Bonaqrass Qrove”, Ukraynanın “Kolos” və Hollandiyanın “Hertagenboş” klublarıdır.
“B” qrupunda isə İngiltərənin “Lester”, Rusiyanın “Volqa”, Almaniyanın “Berliner” və Belarusun “Ritm” komandası mübarizə aparır.
Qrup qalibləri mayın 28-də finalda, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar.
  ŞAHMAT 
  31.05.2007
ŞAHMATÇILARIMIZ İKİNCİ YERİ TUTDULAR
Kubada məhşur şahmatçı Kapablankanın xatirə turnirində iştirak edən Vüqar Həşimov yarışı üçüncü yerdə başa vurub. Beynəlxalq yarışda yerli şahmatçı ilə 5.5 xal toplayan qrossmeysterimiz əlavə əmsallara əsasən bir pillə aşağı düşüb. 9 turdan ibarət yarışda uduzmayan həmyerlimiz 7 oyunu heç-heçə, 2 gğrüşü isə qələbə ilə sona çatdırıb.
Sankt-Peterburqun Kiriş vilayətindəki beynəlxalq turnirə qatılan iki şahmatçımızdan Rauf Məmmədov 7 xalla ikinci pilləni tutub. Bu qrossmeytsterimiz də yerli şahmatçı ilə eyni xal toplasa da, əlavə əmsallarda geri qalıb. 10 xal toplayan Eltac Səfərli isə onuncu yeri tutub.
  SAMBO 
 02.05.2007

SAMBOÇULARIMIZ BİR GÜMÜŞ VƏ BİR BÜRÜNC MEDAL QAZANDILAR
Sofiyada Avropa çempionatında mübarizə aparan sambo üzrə milli komandamız 2 medala sahib olub.
Yarışda iştirak edən 8 idmançımızdan İslam Qasımov (52 kq) gümüş, Vasif Səfərbəyov isə bürünc medal qazanıb.
Samboçularımızdan Elçin Mailov (57 kq), Zabil Fərhadov (61 kq) və Ruslan Rüstəmov (90 kq) 3-cü yer uğrunda yarışlarda, ikiqat Dünya çempionu Hakim Nəzərəliyev (62 kq) və Akif Xudiyev (82 kq) isə birinci dövrədə məğlub olublar.

  BƏDİİ GİMNASTİKA 
  04.06.2007
ZEYNƏB CAVADLI ÜÇÜNCÜ OLDU
Bolqarıstanda bədii gimnastika üzrə beynəlxalq turniridə iştirak edən Zeynəb Cavadlı, çoxnövçülük yarışlarında bürünc medal qazanıb.
Ayrı-ayrı növlər üzrə finalların lentlə çıxışında 3-cü yeri tutan gimnastımız, İp və gürzlərlə 4-cü, həlqə ilə hərəkətlərdə isə 6-cı nəticə göstərib.
Çoxnövçülükdə ötən ilki Avropa çempionatının gümüş mükafatçısı - belaruslu Mariya Yuşkeviçi geridə qoyan Zeynəb Cavadlı, “Miss qrasiya” adına da layiq görülüb .
  BOKS 
  22.05.2007
BİR GÜMÜŞ VƏ ÜÇ BÜRÜNC MEDAL
Çexiyanın Usti nad Labem şəhərində beynəlxalq turnirdə yarışan boks üzrə milli komanadamız 4 medala sahib olub.
Yarışa baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi altında yollanan boksçularımızdan Elşin Əlizadə 91 kq çəki dərəcəsində 2-ci yeri tutub. O yalnız finalda avstaraliya təmsilçisinə uduzub.
Digər idmançılarımızdan Samir Məmmədov (54 kq), Ruslan xairov (69 kq) və Cavid Tağıyev isə bürünc mükafat qazanıblar.
  CÜDO 
  22.05.2007
8 CÜDOÇUDAN BİR MEDAL
Rumıniya və Portuqaliyada Dünya kubokunun mərhələ yarışlarında iştirak edən cüdo üzrə milli komandalarımız bir medala sahib ola bilib.
Cüdoçularımızdan ən yaxşı nəticəni qadınlar göstərib. Məşqçi ibadulla Şabanovun rəhbərliyi ilə Lissabona yollanan 3 qadın cüdoçudan Kifayət Qasımova 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Buxarestdəki yarışda məşqçilər Hacıağa Hacıəhmədov və Əli Dərvişovun rəhbərliyiy ilə mübarizə paran 5 kişi cüdoçumuzdan nisbətən yaxşı nəticəni isə Nicat Şıxəlizadə göstərib. Bürünc mükafat uğrunda görüşdə uduzan həmyerlimiz 5-ci yeri tutrub.
SƏHİFƏNİ SƏNAN MƏHƏRRƏMOV VƏ İLKİN ASLANOV HAZIRLADILAR
© Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2008
 
  Rambler's Top100