|
FUTBOL
- XƏBƏRLƏR |
XƏBƏRLƏR
|
08.04.07
ÖLKƏ FUTBOL ÇEMPİONATININ 21-Cİ TURUNUN OYUNLARI OLMUŞDUR.
|
AzərTAc
xəbər verir ki, aprelin 7-də XV ölkə futbol çempionatının
güclülər dəstəsində iştirak edən komandalar arasında
21-ci turun iki oyunu keçirilmişdir.
“MKT-Araz” səfərdə “Turan”a
qalib gəlmişdir (1:0). “Simurq” isə
öz meydanında “Gilanı”ı məğlub etmişdir
(3:1).
|
 |
02.04.07
NEFTÇİ LİDERLİYİ DAVAM ETDİRİR. |
15-ci
milli futbol çempionatının 20-ci turuna yekun vurulub.
Qarabağ Bakı oyunu 1:1 hesabı ilə qurtarıb. Neftçi
səfərdə Gilanı 4:1, Xəzər-Lənkəran Gənclərbirliyini
2:1, İnter isə Turanı 1:0 hesabı ilə məğlub edib.
21-ci turun oyunları şənbə və bazar günləri keçiriləcək.
Ayın 7-də «Turan» - MKT «Araz»ı, «Simurq» - «Gilan»ı,
ertəsi gün «Xəzər - Lənkəran» - «Karvan»ı, «Gənclərbirliyi»
- «İnter»i, «Olimpik» - «Qarabağ»ı, «Bakı» isə «Şahdağ»ı
qəbul edəcək.
|
 |
02.04.07
“Simurq”-la “Olimpik” səfər xaları qazandı.
|
Aprelin
2-də futbol üzrə ölkə çempionatının güclülər dəstəsində
20-ci tura start verilib. Ilk oyun günündə 2 oyun
keçirilib. Qusarda “Şahdağ”-la görüşən “Simurq” komandası
3:1 hesabı ilə qalib gəlib. Bütün qollar 2-ci hissədə
vurulub. İmişlidə “MKT Araz”-la “Olimpik”-in oyununda
isə hesab açılmayıb, 0:0.
Turun digər oyunları aprelin 3-də keçiriləcək. “Qarabağ”-
“Bakı” ilə, “Xəzər-Lənkəran” - “Gənclərbirliyi” ilə,
“İnter” isə “Turan” komandası ilə qarşılaşacaq.
Maddi çətinliklə üzləşən Sumqayıtın “Gənclərbirliyi”
klubunun Lənkərana səfəri sual altındadır .
|
 |
02.04.07
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası
(İFFHS) dünyanın 350 ən güclü futbol klubunun növbəti
reytinq cədvəlini tərtib edib. |
Beynəlxalq
Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS)
dünyanın 350 ən güclü futbol klubunun növbəti reytinq
cədvəlini tərtib edib. Mart ayının cədvəlinə klublarımızdan
yalnız “Karvan”-ın adı daxil edilib. Ötən ayla müqayisədə
21 pillə geriləyən Yevlax təmsilçisi 207-ci sıradadır.
“Karvan” İrəvanın “Pünik” komandasından 47 sıra üstələyir.
Cədvəldəki 3 türk klubundan “Fənərbaxça” 28-ci, “Kaysərispor”
100-cü, “Trabzonspor” isə 145-ci pillədədir. İspaniyanın
“Sevilya”, İtaliyanın “İnter” və Katlan klubu “Barselona”
Ilk üçlükdəki mövqelərin qoruyub. 13 pillə irəliləyən
Çilinin “Kolo-Kolo” klubu 4-cü, “Milan” komandası
isə 5-ci yerdədir.
|
 |
02.04.07
Aprelin 2-si və 3-də futbol üzrə ölkə çempionatının güclülər
dəstəsində 20-ci tura start veriləcək.
|
Aprelin
2-si və 3-də futbol üzrə ölkə çempionatının güclülər
dəstəsində 20-ci tura start veriləcək. Ilk oyun günündə
2 oyun keçiriləcək. “Şahdağ” Qubada “Simurq”-u, “MKT-Araz”
isə imişlidə “Olimpik”-ı qəbul edəcək.
Turun digər oyunları “Qarabağ”-la “Bakı”, “Xəzər-Lənkəran”-la
“Gənclərbirliyi” və “İnter”-lə “Turan” komandası arasında
keçiriləcək.
Maddi çətinliklə üzləşən Sumqayıtın “Gənclərbirliyi”
klubunun Lənkərana səfəri sual altındadır.
|
 |
28.03.07
AVROPA FUTBOL İTTİFAQININ İSVEÇRƏNİN NYON ŞƏHƏRİNDƏKİ
MƏNZİL QƏRƏRGAHINDA, TƏŞKİLATIN İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏDƏNKƏNAR
YIĞINCAĞI KEÇİRİLİB |
TOPLANIŞDA
İCRAİYYƏ KOMİTƏSİ ÜZVLƏRİNİN 13-DƏN 15 NƏFƏRƏ ÇATDIRLIMASI,
VƏ ŞOTLANDİYA FUTBOL ASSOSİASİYASININ PREZİDENTİ DEVİD
TEYLORUN İYUNUN 1-DƏN UEFANIN YENİ İCRAÇI DİREKTORU
VƏZİFƏSİNDƏ İŞƏ BAŞLAMASI QƏRAR ALINIB. 2012-Cİ İLKİ
AVROPA ÇEMPİONATINI TƏŞKİL EDƏCƏK ÖLKƏNİN ADI, APRELİN
18-DƏ KARDİFFDƏ AÇIQLANACAQ.
|
 |
|
yuxarı
|
|
| Bu
həftə efirdə |
|
Onlayn
nəticə
|
|
|
Turnir
cədvəli |
| Y |
Komandalar |
O |
X |
1 |
Xəzər-Lənkəran |
- |
- |
2 |
Neftçi |
- |
- |
3 |
Bakı |
|
|
4 |
MKT
"Araz |
|
|
5 |
Inter |
|
|
6 |
Karvan |
|
|
7 |
Olimpik |
|
|
8 |
Qarabağ |
|
|
9 |
Turan |
|
|
10 |
Simurq |
|
|
11 |
Gilan |
|
|
12 |
G.Birliyi |
|
|
13 |
Şahdağ |
|
|
| |
|
|
|
|
| |
|