MOZALAN
ƏYLƏNCƏ

MOZALAN

1971-ci ilə "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılan "MOZALAN" satirik kinojurnalı tamaşaçılar üçün əsl yenilik oldu desək yanılmarıq. "Molla Nəsrəddin", Mirzə Cəlil, Sabir yolunun davamçısı olan "Mozalan"ın hər nömrəsi demək olar ki, dövrün çatışmazlıqlarını cəsarətli şəkildə tənqid edir, bütün sahələrdə olan nöqsanları üzə çıxarır, yaranan problemləri satirik dillə həlll edirdi. Bu uğurlu layihə ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə tanınmış qələm adamları, istedadlı rejissorlar tərəfindən yaradılıb.
Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında əsrin yarısına şərik olan "Mozalan" satirik kinojurnalının çəkilişlərini bərpa etmək müasir Azərbaycan tamaşaçısının da rəğbətini qazanıb.
Ana Televiziyamızın "Müəllif proqramları və xüsusi layihələr" Baş Redaksiyasının hazırladığı "Mozalan" satirik kinojurnalı tamaşaçıları ötən əsrin 70-ci illərinə qaytarmaqla yanaşı bu gün müxtəlif sahələrdə yaranan problemləri də işıqlandırmağı qarşısına məqsəd qoyub.

21:30 / Şənbə

CANLI YAYIM