SİLAH
MAARİFÇİ

SİLAH

Silah – canlı qüvvələrin və digər obyektlərin, o cümlədən texnikaların, tikililərin məhv edilməsi, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu vasitəsidir.
Silahlar xidməti silah, mülki silah, döyüş silahı, döyüş sursatı, soyuq silah, soyuq atıcı silah, odlu silah, pnevmatik silah, qaz silahı, özünümüdafiə silahı, ov silahı, idman silahı, təlim silahı, təltif silahı kimi qruplara bölünür. Bütün bunlar haqqında Hərbi vətənpərvərlik proqramları Baş Redaksiyasının hazırladığı "SİLAH" verilişində ətraflı məlumat verilir. Bunlarla yanaşı verilişdə əsasən, müharibə dövründə, hərbi təlimlərdə istifadə olunan müxtəlif növ silahlardan və bu silahların tətbiqindən, təsir gücündən söhbət açılır.
Tamaşaçılar verilişdə müxtəlif ölkələrdə istehsal olunan odlu silahların və hərbi texnikaların fərqli xüsusiyyətləri haqqında da məlumat ala bilərlər. Verilişin daha da maraqlı olması, tamaşaçılarımn maariflənməsi üçün aparıcı ekranda təqdim olunan silahların özəllikləri haqında ayrıca məlumat verir. Bu isə tamaşaçılarda verilişə böyük maraq yaradır.

12:30 / Şənbə

CANLI YAYIM