aztv-banner

Agent 001 / 30.10.2021

ƏYLƏNCƏ

AGENT 001

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "AGENT 001" verilişində tanınmış insanların həyatından, onların əldə etdikləri nailiyyətlərdən və tamaşaçılara gizli qalan bəzi maraqlı məqamlardan söhbət açılır. Aparıcı Vüsal Hacı Qədirin təqdimatında efirə gedən bu verilişdə qonaqların ünvanına bəzi hallarda ittiham xarakterli suallar da yağdırılır.
Qonağın verilişə dəvət olunması bəzi filmlərdəki ağentlərin iş üslubunu xatırladır. Belə ki, bizim agentlər qonağı işlədiyi və ya istirahət etdiyi məkanda yaxalayır, "əl qolunu bağlayıb" sorğu kameralarını xatırladan studiyaya gətirir və sorğu-sual başlayır. Maraqlı olan hansısa bir məsələni önə çəkən aparıçı qonağı bəzi hallarda çətin vəziyyətə salır. Verilişin qaydalarına əsasən qonaq vəziyyətin çətinliyini nəzərə alıb durumdan öz bacarığı hesabına çıxmalıdır.
Tamaşaçıların marağına səbəb olan bu verilişin "sorğu kamerasından" keçən qonaqlar özlərini sanki bir anlıq kriminal aləmdə hiss edirlər...

21:30 / Cümə

CANLI YAYIM