aztv-banner

Canlı ifa / 08.08.2021

ƏYLƏNCƏ

CANLI İFA

Musiqi və əyləncəli proqramlar Baş Redaksiyasının hazırladığı "CANLI İFA" verilişi adından da göründüyü kimi müğənnilərin, muğam ustalarının canlı ifalarından ibarətdir. Verilişə dəvət olunan qonaqlar öz repertuarlarında olan ən gözəl musiqiləri tamaşaçılara ərmağan edirlər.
İfaların canlı olması tamaşaçılarda verilişə daha çox maraq yaradır. İfa olunan musiqilərin, muğamların rəngarəng olması verilişin reytinqinə daha çox təsir edir.
Bu günə qədər ustad sənətkarlarla bərabər, gənc muğam ifaçıları da verilişin qonağı olublar.
Muğamın şöbə və guşələrinin, təsnif və rənglərinin məntiqi ardıcıllıqla silsilə yaratmasından ibarət olan Rast, Mahur-Hindi, Orta Mahur, Bayatı-Qacar, Şur, Segah, Zabul-segah, Mirzə-Hüseyn segahı, Şüştər, Çahargah, Bayatı-Şiraz, Hümayun kimi muğam dəstgahlarının canlı ifa edilməsi tamaşaçılarda verilişə böyük sevgi yaradır. Eyni zamanda, verilişdə tamaşaçılar instrumental musiqidən, ritmik cəhətdən sərbəst improvizasiya əsasında ifa olunan mürəkkəb və dəyişkən vəznli muğamdan ibarət Azərbaycan orijinal xalq musiqi forması olan Heyratı, Arazbarı, Səmayi–Şəms, Mani, Mənsuriyyə, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə kimi zərbi muğamları seyr etməklə zövq alırlar.

14:00 / Bazar

CANLI YAYIM