aztv-banner

Qubadlı / 21.11.2021

SƏYAHƏT

VƏTƏNİMİZ AZƏRBAYCAN

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "VƏTƏNİMİZ AZƏRBAYCAN" verilişində Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətindən, adət-ənənələrindən, məişətindən, mətbəxindən, yaşam tərzindən və təbiətindən söhbət açılır.
2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini Azərbaycan ərazisində yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bunlar yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, molokanlar, ingiloylar, qaraçılar, assiriyalılar, udilər, almanlar və ruslardır. Hər verilişdə bu xalqlardan birinin mədəniyyəti, adət-ənənələri, məişəti, mətbəxi, yaşam tərzi və təbiəti haqqında maraqlı süjet və söhbətlər tamaşaçılara təqdim olunur.
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir.

13:00 / Çərşənbə

CANLI YAYIM