aztv-banner

Şəhid Ramil Yusifovun övladları Qarabağ klubu, atçılıq, atıcılıq mərkəzində / 18.11.2021

PUBLİSİSTİK

TUT ƏLİMDƏN

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyası ilə Dövlət Sosial müdafiə Fondunun birgə layihəsi olan "TUT ƏLİMDƏN" proqramının əsas məqsədi hərbi əməliyyatlarda iştirak edən hərbçilərin və mülki şəxslərin müharibələrdən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti, şəhid övladlarına mənəvi dəstək kimi məsələlərin həll olunmasına köməklik etməkdən ibarətdir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Verilişdə bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan ölkəmizin adı ön plana çəkilir.

16:30 / Bazar

CANLI YAYIM