aztv-banner

Repressiya / Mikayıl Müşfiq

PUBLİSİSTİK

REPRESSİYA

Stalinin həyata keçirdiyi repressiyalarda Qazaxıstan və Rusiyanın ucqar bölgələrində öldürülən 150 min azərbaycanlının 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib. 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. 29 min ziyalısını sürgünlərdə itirən xalqımız 1920-ci ildən 1950-ci illərin əvvələrinə qədər dəfələrlə repressiyalara məruz qalıb.
Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olub. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbələr vurub.
İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "REPRESSİYA" verilişində Stalin dövründə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insanın əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmasından bəhs olunur.

21:30 / Cümə axşamı

CANLI YAYIM