aztv-banner

Yolun davamı / 15.11.2021

MAARİFÇİ

YOLUN DAVAMI

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında "YOLUN DAVAMI" verilişində ətraflı məlumat verilir. Döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi, ən müasir silahlardan istifadə qaydaları, Ordumuzun sürətlə irəliləməsi, qısa zamanda işğal altındakı ərazilərimizi yağılardan təmizləməsi, düşmənin bütün hərbi texnikasını darmadağın etməsi, canlı qüvvəsinə ciddi zərbə vurması, beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirməsi, müsahibələr, əsgərlərin döyüş xatirələri, efirə getməyən müharibə kadrları verilişin əsas süjet xəttini təşkil edir.
Verilişi Hərbi vətənpərvərlik proqramları Baş Redaksiyasının əməkdaşları hazırlayır.
Verilişdə cəbhə uğurlarımızın ən başlıca səbəbkarı Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi daha obrazlı şəkildə tamaşaçılara təqdim olunur.

15:30 / Bazar

CANLI YAYIM