aztv-banner

Xəmsə | 05.12.2021

İNTELLEKTUAL

XƏMSƏ

Tələbə gənclərdən təşkil olunmuş komandalar arasında aparılan intellektual verilişdir – "XƏMSƏ". Verilişdə bilik yarışmasının qalibləri aparıcı tərəfindən verilən müxtəlif sahələr üzrə suallar və toplanan xallar əsasında müəyyən edilir. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində – Gənclər günündə geniş auditoriyaya təqdim olunmuşdur. Verilişin aparıcısı Tural Dadaşovdur. 2014-cü ilin sonundan müxtəlif yaş qrupları üzrə – məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "XƏMSƏ" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə Dünya çempionatında da nümayiş olunmuşdur. Teleyarış 2018-ci il noyabrın 6-dan etibarən Azərbaycan Televiziyasında yayımlanır.

19:00 / Bazar

CANLI YAYIM