aztv-banner

İrəvan və Parisin "sevgi macərası", qadın zorakılığına qarşı mübarizə... / 25.11.2021

MAARİFÇİ

GEC DƏ OLSA

İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "GEC DƏ OLSA" verilişi tanınmış aparıcılar Həmid Herisçi və İlhamiyyə Rzayevanın təqdimatında efirə gedir. Verilişin əsas mövzusunu günün ən aktual məsələləri - ölkədə və beynəlxalq aləmdə baş verən ən mühüm hadisələr təşkil edir. Gündəmdə olan məsələ verilişə dəvət olunan qonaqlarla bərabər efirə qoşulan tamaşaçılarla da müzakirə olunur. Müzakirə zamanı tamaşaçılar onları maraqlandıran suallara cavab tapmaq üçün adi məişət problemlərindən tutmuş daha böyük məsələlərə qədər ekspertləri sorğu-suala tuturlar. Verilişin daha da maraqlı və tamaşaçının zövqönə uyğun hazırlanması üçün aparıcılar dəvət olunan mütəxəssislərin müxtəlif sahənin adamları olmasına daha çox diqqət yetirirlər. Bu isə müxtəlif sahələrdə insanların maariflənməsi işinə xidmət edir. Verilişdə aparılan müzakirələr həftəiçi hər gün canlı olaraq tamaşaçılara təqdim olunur. Tanınmış cütlük gecə saat 12-dən sonra yayımlanan "GEC DƏ OLSA" verilişi ilə günə yekun vururlar...

00:15 / Həftəiçi

CANLI YAYIM