aztv-banner

Asan həyat / 10.11.2021

MAARİFÇİ

ASAN HƏYAT

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərinin göstərdiyi xidmətlər, eyni zamanda, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər və vətəndaşlara elektron xidmətlərin göstərilməsi qaydaları "ASAN İmza" verilişi AzTV-nin efirində öz əksini tapır. Tamaşaçı bu verilişdə xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanları ilə informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran əsas vəzifələr barədə daha ətraflı məlumatlar əldə edir. Eyni zamanda, tamaşaçı veriliş boyu "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər – şəxsiyyət vəsiqələrinin alınması, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə yanaşı 300-dən çox müxtəlif xidmət haqqında məlumatları da mavi ekran vasitəsilə əldə edə bilir. Vətəndaşların maarifləndirilməsi məqsədilə hazırlanan və "ASAN Radio"nun rəhbəri Emin Musavinin təqdimatı ilə efirə vəsiqə alan "ASAN Həyat" verilişi müxtəlif sahələrdə yaradılan bürokratik əngəlləri, mümkün korrupsiya hallarını aradan qaldırmaq üçün əhəmiyyətli rol oynayır.

19:30 / Şənbə

CANLI YAYIM