aztv-banner
MAARİFÇİ

ƏSRLƏR, NƏSİLLƏR

Dünyanın əsas multikultural mərkəzlərindən birinə çevrilən Azərbaycanda əsrlərdir xalqımız bir çox millətlərin nümayəndələri ilə bir ailə kimi yaşayır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin də öz adət-ənənələri, milli bayramları, özünəməxsus həyat tərzi var. Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "ƏSRLƏR, NƏSİLLƏR" verilişinin əsas məqsədi də yurdumuzun müxtəlif bölgələrində yaşayan xalqların adət-ənənələri, onların mədəniyyət nümunələri, azərbaycanlılarla bir yerdə mehriban yaşam tərzini təqdim etməkdir. Verilişdə həmçinin həmin xalqların tanınmış nümayəndələri də iştirak edir. Fuad Axundovun təqdimatında efirə gedən bu veriliş alt yazılarını azərbaycan dilində təqdim etməklə rus dilində hazırlanır.

21:30 / Şənbə

CANLI YAYIM