aztv-banner
44 GÜN QARABAĞA DOĞRU

BÜTÜN TƏXRİBATLARA SİNƏ GƏRDİK! - GƏNCƏ - 1İL

Gəncə terrorundan bir il ötür. Bir il öncə sərhəddən xeyli məsafədə yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirildi. Hansı ki, 1949-cu ildə imzalanmış Cenevrə konversiyasına zidd bir addım idi. Dinc əhaliyə qarşı istifadəsinə icazə verilməyən raketlərdən atəş açılmışdı.
İlk raket zərbələri atılanda gündüz vaxtları idi. Bir neçə ev yararsız hala düşdü, dinc əhalidən bir nəfər həlak oldu, 32 mülki şəxs isə yaralandı. Bunun ardınca növbəti zərbə endirildi. Aralarında bir neçə dəqiqə vaxt var idi. Bir neçə gündən sonra gecə vaxtı yenidən daha güclü və istifadəsinə icazə verilməyən raketlər atıldı. Həmin vaxt da 10 nəfər həlak oldu, xeyli sayda mülki şəxs yaralandı, yüzlərlə ev dağıdıldı. Daha sonra isə daha güclü raketlər atıldı...
Bütün bunlara baxmayaraq xalqımız bir oldu, şəhəri tərk etmədi. Xalqımız inanırdı ki, yaxın günlərdə qalib olacağıq. Düzdür, bu, uşaqlar, qadınlar üçün dəhşətli bir an idi. Amma onlar da buna baxmayaraq oğullarını, atalarını buraxıb getmədi. Həmin vaxt dünyaya erməni vəhşiliyi ilə bağlı çağırışlar edildi. Müxtəlif TV kanalların çəkilişləri bütün dünyaya yayımlandı...
İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

04.10.2020

CANLI YAYIM