aztv-banner
44 GÜN QARABAĞA DOĞRU

ONLAR HƏMİŞƏ BİZİMLƏDİR!

27 Sentyabr - Anım Günü!
Qəhrəman şəhidlərimizi qururla anırıq!

Vətən müharibəsinin ildönümü münasibətilə hazırlanan bu çarxda şəhidlərin əziz xatirəsi bir daha yad edilir. Çarxın çəkilməsində əsas məqsədi şəhidlərin unudulmadığı, övladlarının isə Azərbaycan dövlətinə və xalqına əmanət olduğunu göstərməkdir.
Çarxda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş yürüşə baxan bir uşaq (obrazlı) nümayiş olunur. Şəhid atasının fotosunu yürüşdə görən uşaq “Ata! Atam gəldi!” deyərək anasının qucağına qaçır. Daha sonra o, “Atam sağdır” deyib şəhid olan atasının televizordakı görüntüsünə əlini uzadır.
Anası isə “Əlbəttə, sağdır. O həmişə bizimlədir!” deyir.
Bəli, ölməzliyi ilə əbədiyyət qazanan, döyüşlərdə mənfur düşmənə ağır zərbələr vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar. Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur.
Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə təsdiqlədi.

27.09.2020

CANLI YAYIM