aztv-banner
44 GÜN QARABAĞA DOĞRU

HƏR ŞEY O GÜN BAŞLADI...

27 Sentyabr - Anım Günü!
Qəhrəman şəhidlərimizi qururla anırıq!

İnsanın dünyaya göz açdığı torpaq vətən adlanır. Vətən deyəndə ilk anlama gələn torpaqdır.
Yaradılışdan insanın daxilində bir neçə istiqamətə sevgi formalaşır. Bu sevgilər sırasında bir də vətən sevgisi yurd salır. Niyə insan övladı öz vətənində özünü hamıdan güclü hiss edir? Niyə insan övladı harda olursa-olsun son nəfəsini doğulduğu torpaqda tapşıraraq Haqqın dərgahına qovuşmaq istəyir? Niyə qəriblikdə olan insan üçün bir ovuc vətən torpağı dünyanın ən qiymətli ləl-cəvahiratından da dəyərli, müqəddəs sayılır?..
Vətən sevgisi ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən ana ilə bərabər tutulur. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq - uğrunda ölən varsa, Vətəndir!

27.09.2020

CANLI YAYIM