Ermənilər Tərtərdəki qəbiristanlığı atəşə tutub: 3 nəfər ölüb, yaralananlar var

Ermənilər Tərtərdəki qəbiristanlığı atəşə tutub: 3 nəfər ölüb, yaralananlar var

15 Oktyabr, 14:15 Sosial mediada paylaşın:

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə mülki əhalini atəşə tutub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, - deyə H.Hacıyev qeyd edib.

CANLI YAYIM