Prezident İlham Əliyev: “Ermənistandan fərqli olaraq biz hərbi avadanlıqları alırıq”

Prezident İlham Əliyev: “Ermənistandan fərqli olaraq biz hərbi avadanlıqları alırıq”

15 Oktyabr, 12:04 Sosial mediada paylaşın:

“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq iki həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.

Prezident İlham Əliyev bunu “France 24” televiziya kanalına müsahibəsində bəyan edib.

Dövlət başçısı daha sonra Fransanın Xarici İşlər naziri Jan-İv Le Drianın Türkiyənin münaqişədə hərbi iştirakının mövcudluğu barədə iddialarına münasibət bildirərək deyib: “O bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar”.

Azərbaycanın Türkiyə ilə birgə hər il hərbi təlimlər keçirdiyini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, növbəti hərbi təlimdən sonra bu toqquşma baş verdi: “Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.

CANLI YAYIM