İşğalçı Ermənistan cəbhədə məğlubiyyətə uğraması səbəbindən özünün köhnə metodlarına, terrora əl atmağa başlayıb. Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki insanları atəşə tutulur ki, bununla da Ermənistan terrorçu mahiyyətini bir daha ortaya qoyur. Gecə saatlarında Gəncə şəhərinə ballistik raket ataraq sivil insanlara qarşı törədilən terror aktı bunun bariz nümunəsidir.
Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında işğalçı dövlətin terrorçuluq fəaliyyəti müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Milli Məclisin deputatı Ramil Həsən və politoloq İlqar Vəlizadə mövzu ətrafında fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Gəncədə mülki əhalini atəşə tutmaqla, terror əməli törətməklə, Ermənistan dövləti qaraguruh və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi. Vurğulanıb ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın illuziyaları darmadağın oldu. Döyüş meydanında miskin duruma düşən düşmən mülki insanları hədəfə alaraq, tarixən ən yaxşı bacardıqlarını etdilər, terror aktı törətdi.
“Hədəf”ə telefon bağlantısı ilə qoşulan Avropa Parlamentinin Andris Ameriks və videobağlantı edən politoloq Mixail Finkel də məsələ ətrafında fikirlərini bildiriblər.
Verilişə bütöv şəkildə “YouTube” kanalımızdan baxa bilərsiniz.