Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş verən tüstülənmənin tam söndürülməsi işləri davam edir

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş verən tüstülənmənin tam söndürülməsi işləri davam edir

21 Avqust, 17:20 Sosial mediada paylaşın:

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam edir.

Nazirlik yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

CANLI YAYIM