Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir

21 Avqust, 11:31 Sosial mediada paylaşın:

Gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan vida mərasimində iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyi pilotun valideynlərinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilot R.Atakişiyevin nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.