Müdafiə Nazirliyindən yeni məlumat: Ermənistan ordusunun mövqeləri darmadağın edilib

Müdafiə Nazirliyindən yeni məlumat: Ermənistan ordusunun mövqeləri darmadağın edilib

29 Sentyabr, 23:08 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.

CANLI YAYIM