Qaxda kütləvi tibbi müayinələrdən 39 mindən çox vətəndaş yararlanıb

Qaxda kütləvi tibbi müayinələrdən 39 mindən çox vətəndaş yararlanıb

15 May, 16:01 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da mütəşəkkil qaydada başa çatıb. Dövlətimizin başçısının bu nəcib təşəbbüsünü yüksək dəyərləndirən rayon sakinləri tibbi müayinələrdə fəal iştirak ediblər. Üç ay davam edən aksiya çərçivəsində 39 min 26 nəfər müayinələrdən keçərək öz sağlamlıqları barədə məlumat alıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, tibbi müayinələr əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilib və rayonun 59 yaşayış məntəqəsini əhatə edib. Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində, həmçinin kənd sahə xəstəxanaları və həkim məntəqələrində aksiyanın müvəffəqiyyətlə keçirilməsi üçün hər cür şərait yaradılıb. Müayinələrə yüksək ixtisaslı, təcrübəli həkim və tibb işçiləri cəlb olunub. Müayinələr zamanı ultrasəs, rentgen-flüoqrafiya, elktrokardioqrafiya və digər müasir tibbi aparatlardan geniş istifadə olunub.

Xəstəxanadan verilən məlumata görə, tibbi müayinədən keçənlərin 3519 nəfərinə ambulator müalicə təyin edilib, 52 nəfər stasionar müalicəyə cəlb olunub, 5 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 12 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Müayinədən keçən insanlar əhalinin sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı yüksək qiymətləndirib, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

CANLI YAYIM