Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

28 Sentyabr, 16:01 Sosial mediada paylaşın:

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

CANLI YAYIM