AzTV-də 17 yeni proqram yaradılıb

AzTV-də 17 yeni proqram yaradılıb

21 Sentyabr, 17:42 Sosial mediada paylaşın:

“Yeni mövsümdə Azərbaycan Televiziyasında “Əslində biz”, “Repressiya”, “İnsaniyyət”, “Gəncsən”, “Orada bir kənd var” verilişləri də daxil olmaqla, ümumulikdə 17 yeni proqram yaradılıb”.

Bu fikirləri Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın yeni mövsümdəki ilk iclasında deyib.

İclasda yeni mövsümdə icra edilən işlərdən söz açılaraq, qeyd olunub ki, Azərbaycan Televiziyasında 5 yeni studiya yaradılıb, verilişlərin daha effektli hazırlanması üçün mütəxəssislər dəvət olunub. Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında sərt karantin dövründə nümayiş olunan müxtəlif mövzulu proqramların mahiyyətindən söz açıblar, yayımlanan verilişlərlə bağlı təklif və iradlarını bildiriblər.

Bədii Şura üzvlərinin növbəti iclası oktyabr ayında keçiriləcək.

CANLI YAYIM