Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

19 Sentyabr, 22:58 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Açılış mərasimindən sonra Prezident Azərbaycan Televiziyasına (AzTV), İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Müsahibə zamanı ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunub. Prezident faktiki olaraq sülh danışıqlarının Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirəndiyini bildirib. İ.Əliyev bildirib ki, rəsmi Yerevan tərəfindən mütəmadi olaraq təxribatlar törədilir, işğalçı ölkə sülhdə maraqlı olmadığını nümayiş etdirir. Bu halda sülh danışıqlarından söhbət gedə bilməz. Azərbaycan lideri müsahibə zamanı işğalçı ölkəyə və beynəlxalq aləmə mesajlar verib.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Prezidentin çıxışından irəli gələn məsələlər müzakirəyə çıxarılıb. Verilişin qonaqları olan deputatlar Ramil Həsən və Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər, rəsmi Bakının konfliktlə bağlı mövqeyi ətrafında geniş təhlil aparıblar. “Hədəf”ə videobağlantı ilə qoşulan Türkiyənin tanınmış hərbi-siyasi eksperti Abdullah Ağar da mövzu barədə fikirlərini bölüşüb. Bildirilib ki, Ermənistanın indiki rəhbərliyi verdiyi bəyanatların məsuliyyətini dərk etmir. Vurğulanıb ki, rəsmi Yerevan tərəfindən verilən cəfəng açıqlamalar, törədilən təxribatlar Dağlıq Qarabağın sülh yolu ilə həlli prosesini, danışıqları mənasız edir. Ekspertlər bildiriblər ki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək.

“Hədəf” verilişinə bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM