Ermənistanın Almaniyadakı səfirliyi qarşısında Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilib

Ermənistanın Almaniyadakı səfirliyi qarşısında Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilib

17 Avqust, 12:38 Sosial mediada paylaşın:

Ermənistanın Almaniyadakı səfirliyi qarşısında Baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilib.

Ermənistanın Almaniyadakı səfirliyi qarşısına toplaşan narazı kütlə “xalqa azadlıq”, “məhkəmələrə sərbəstlik” və “Paşinyan istefa” deyə şüarlar səsləndirib. 

Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyir ki, toplaşmaqda əsas məqsədləri Avropaya Ermənistanda sakinlərin üzləşdiklər haqsızlıqları və məmur özbaşınalıqlarını çatdırmaqdır: “Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son 3 ayda sifarişlər əsasında 4 hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasil olmur. Bu amili  ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür.  Bir məhkəmə prossesinə ki, 4 dəfə yeni hakim təyin olunursa, daha burda hansı ədalətdən danışmaq olar. Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar”.

Etirazların sonunda narazı kütlə Almaniyanın bu ölkədə  səfirinə yazılı müraciət təqdim edib.

 

CANLI YAYIM