Hasardan atlayıb qonşusunu öldürərək qarət etdi, sonra meyitini yandırdı

Hasardan atlayıb qonşusunu öldürərək qarət etdi, sonra meyitini yandırdı

16 Sentyabr, 12:15 Sosial mediada paylaşın:

Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Bəyim Rəhimovanın 29 noyabr 2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib.

İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Zahid Nuriyev 28 noyabr 2018-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı mənzilə daxil olaraq tamah motivi ilə istintaqa məlum olmayan alətlə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq qəsdən öldürüb. Bundan sonra ona məxsus mobil telefonu və bir cüt 915 əyyarlı gümüş sırğanı götürüb.

Zahid Nuriyev törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yandırıb. Əvvəllər Rusiyada narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin  - tamah məqsədi ilə adam öldürmə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. 

 

CANLI YAYIM