ÜDM istehsalı artıb

ÜDM istehsalı artıb

17 Avqust, 12:21 Sosial mediada paylaşın:

Azərbaycanda ÜDM istehsalı artıb. Dövlət Statistika Komitəsindən "Aztv.az" saytına verilən məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkədə 44473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub. Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb.

CANLI YAYIM