Təhsil sahəsi dövlətin qayğısı ilə əhatələnib – “Hədəf”də MÜZAKİRƏ

Təhsil sahəsi dövlətin qayğısı ilə əhatələnib – “Hədəf”də MÜZAKİRƏ

15 Sentyabr, 22:09 Sosial mediada paylaşın:

Məlumdur ki, Azərbaycanda təhsil sahəsi dövlətin diqqəti və qayğısı ilə əhatələnib. Ölkədə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımlar, yüzlərlə məktəb binasının inşası, köhnə məktəb binalarının əsaslı təmir edilərək istifadəyə verilməsi, tələbələrin təqaüdlərinin artırılması, müəllimlərin əməkhaqqının yüksəldilməsi buna əyani sübutdur.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında təhsil sahəsində görülən işlər, dövlətin təhsil siyasəti, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələr müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova və Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd edilib ki, təhsilin yüksəldilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.

“Hədəf”i tam şəkildə “YouTube” səhifəmizdən izləyə bilərsiniz.

CANLI YAYIM