AzTV-də “Zəfər yürüşü” adlı konsert proqramı olacaq

AzTV-də “Zəfər yürüşü” adlı konsert proqramı olacaq

15 Sentyabr, 11:30 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğaldan azad etməsinin ildönümü münasibətilə konsert proqramı hazırlayıb.

“Zəfər yürüşü” adlı layihənin rəhbəri və quruluşçi rejissoru Nazilə Babayevadır.

Konsert proqramında Xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Brilliant Dadaşova, Əməkdar artist Ramil Qasımov, Zaur Əmiraslanov və digərləri çıxış edəcək.

Konsert sentyabrın 15-i saat 21:30-da AzTV-də yayımlanacaq.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

CANLI YAYIM