“AzTV Xəbər” efirdədir! - Bu gündən tam yeni təqdimatda

“AzTV Xəbər” efirdədir! - Bu gündən tam yeni təqdimatda

14 Sentyabr, 10:32 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Uzun illər “Xəbərlər” adı ilə efirə gedən verilişin adı dəyişdirilərək “AzTV Xəbər” olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da “AzTV Xəbər”in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim təqdim edib.

CANLI YAYIM