Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşüb

Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşüb

12 Sentyabr, 20:11 Sosial mediada paylaşın:

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş İstanbul şəhərində keçirilib.

Qeyd edək ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

CANLI YAYIM