Prokurorluq orqanlarına işə qəbulun növbəti imtahanı nə vaxt olacaq?

Prokurorluq orqanlarına işə qəbulun növbəti imtahanı nə vaxt olacaq?

16 Avqust, 13:40 Sosial mediada paylaşın:

Prokurorluğa işə qəbul olunmaq üçün elan edilən müsabiqənin yazılı imtahan mərhələsi avqustun 21-də Bakı İdman Sarayında keçiriləcək.

İmtahan saat 10-da başlayacaq və 4 saat davam edəcək. Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda verilib. “Buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı isə avqustun 19-u və 20-də saat 10-dan 18-dək Baş Prokurorluğun inzibati binasının qəbul otağında almaq mümkündür.

Aztv.az

CANLI YAYIM