Azərbaycanda 163 nəfər koronavirusa yoluxub

Azərbaycanda 163 nəfər koronavirusa yoluxub

11 Sentyabr, 17:03 Sosial mediada paylaşın:

Azərbaycanda daha 163 nəfər koronavirus infeksiyasına yoluxub, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 38 min 37 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib. Onlardan 35 min 440-ı müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 2040-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7108, ümumilikdə isə 995 min 376 test aparılıb. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

CANLI YAYIM