AzTV-nin yeni studiyasında yeni sima: “Xəbərlər”i Samirə Mustafayeva təqdim edəcək

AzTV-nin yeni studiyasında yeni sima: “Xəbərlər”i Samirə Mustafayeva təqdim edəcək

10 Sentyabr, 19:45 Sosial mediada paylaşın:

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır. Bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri ölkənin bir nömrəli televiziya kanalı, Azərbaycan Televiziyası (AzTV) olacaq.

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək. S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək. Həmin gün “Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar. Onu da bildirək ki, “Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.

CANLI YAYIM