Yevlaxda 210 yaşlı qovaq ağacı: respublika əhəmiyyətli abidə kimi mühafizə olunur - REPORTAJ

Yevlaxda 210 yaşlı qovaq ağacı: respublika əhəmiyyətli abidə kimi mühafizə olunur -REPORTAJ

3 Sentyabr, 10:09 Sosial mediada paylaşın:

Yevlax şəhərinə yolu düşənlərin əksəriyyəti mütləq adı “Qırmızı kitab”a düşmüş 210 yaşlı ağyarpaq qovaq ağacını seyr edir, xüsusilə yay aylarında onun qollu-budaqlı kölgəsində  dincəlirlər. Ağacın gövdəsindən 6 metr hündürlükdən sonra 5 ədəd iri budaq ayrılır və şaxələnərək maraqlı bir mənzərə yaradır. Sanki üstündə heykəltaraş işləyib.

Ağacın hündürlüyü 40 metrdir.

Yevlaxda qovaq ağacının bir neçə növünə rast gəlinir. Yaşları 70-80 ili ötmür. Təkcə bu ağac illərin fərqinə varmadan yaşayır.

Ağyarpaqlı qovaq Nazirlər Kabinentini qərarı ilə 2011-ci ildən etibarən respublika əhəmiyyətli  təbiət abidəsi kimi mühafizə olunur. Bu isə onun ömrünün xeyli uzanmasına zəmanət verir. Mütəxəssislər də bu fikirdədirlər ki, qocaman ağac hazırkı vəziyyəti ilə hələ uzun illər Kür çayının sahilində yaşayacaq.

Samir Quliyev

CANLI YAYIM