Şabranda eradan əvvələ aid abidələr kompeksində yeni tədqiqat işləri - Əl işləri tapıldı

Şabranda eradan əvvələ aid abidələr kompeksində yeni tədqiqat işləri - Əl işləri tapıldı

1 Sentyabr, 10:30 Sosial mediada paylaşın:

Şabran rayonunda eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. Aygünlü kəndi ərazisindəki abidədə aşkarlanan tapıntılar Kür-Araz mədəniyyətinə aiddir.

Bu ərazidə qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində aşkar olunsa da, əsas tədqiqat işləri son illərə aiddir. Çaqqallıqtəpə abidələr kompleksində 2016-cı ildə aparılan arxeoloji qazıntı zamanı 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Tədqiqatlar nəticəsində məlum olub ki, bu maddi-mədəniyyət nümunələri eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aiddir. 

Bu günə qədər Çaqqallıqtəpə abidələr kompleksində bir neçə formalı tikinti qalıqları aşkar edilib. Bunlar təkcə qazma evlər deyil. Daş özül üzərində dairəvi evlərin, eləcə də  çiy kərpicdən hörülən evlərin qalıqlarına da rast gəlinir.

Aşkarlanan qövsvari dirək yerləri də qeyri-adiliyi ilə seçilir. O dövr üçün dairəvi formada dirəklər üzərində qurulmuş yüngül konstruksiyalı evlər xarakterik olsa da, bu tapıntı digərlərindən fərqlənir.

Ərazidə əmək alətləri, çaxmaq daşları, ox ucluqları, oraq dişləri də aşkarlanıb. Tədqiqatlar zamanı başqa əl işləri, o cümlədən, ilk dəfə gildən hazırlanan qoç fiquru da tapılıb.

Hazırda ərazidə tədqiqatlar davam etdirilir. Bu tədqiqatlar nəticəsində Çaqqallıqtəpədə gizlənən digər sirlər də açılacaq.

Elnur Teymurov

CANLI YAYIM